Yaponiyada yeni hökumətin tərkibi təsdiqləndi

Yaponiyada yeni hökumətin tərkibi təsdiqləndi Kiçik qardaş uşalığında ana tərəfindən övladlığa götürülüb.
Digər ölkələr
16 Sentyabr , 2020 14:23
Yaponiyada yeni hökumətin tərkibi təsdiqləndi

Yaponiyanın yeni baş naziri Yoşihide Suqanın başçılığı ilə yeni Nazirlər Kabineti formalaşıb.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" telekanalı canlı veriliş yayımlayıb.

Belə ki, 66 yaşlı baş nazir Sindzo Abeni 71 yaşlı Yoşihide Suqa əvəz edib. 64 yaşlı Tosimisu Moteqi xarici işlər naziri vəzifəsində qalıb.

Rusiya ilə iqtisadi əməkdaşlıq üzrə nazir 64 yaşlı Xirosdi Kadziyama iqtisadiyyat, ticarət və sənaye naziri,  61 yaşlı Nobuo Kisi keçmiş baş nazir Abenin kiçik qardaşı Yaponiyanın müdafiə naziri olub.  Kiçik qardaş uşaqlığında ana tərəfindən övladlığa götürülüb. Onun soyadı ana tərəfdən olan qohumlarına məxsusdur. Bu səbəbdən qardaşların soyadı fərqlidir.

57 yaşlı keçmiş müdafiə naziri Taro Kono islahat işləri administrasiyası üzrə nazir olub.  

Son xəbərlər

Orphus sistemi