Yaponiyada yanmış qalanın bərpası üçün 3,2 milyon dollar toplanıb

Yaponiyada yanmış qalanın bərpası üçün 3,2 milyon dollar toplanıb Okinavadakı yanmış Syuri qala kompleksinin bərpası üçün cəmi altı gün ərzində 350 milyon yen (3,2 milyon ABŞ dolları) toplanıb.
Digər ölkələr
6 Noyabr , 2019 12:17
Yaponiyada yanmış qalanın bərpası üçün 3,2 milyon dollar toplanıb

Okinavadakı yanmış Syuri qala kompleksinin bərpası üçün cəmi altı gün ərzində 350 milyon yen (3,2 milyon ABŞ dolları) toplanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

İanə yığımı Okinava prefekturasının inzibati mərkəzi - Naha şəhərinin rəhbərliyi tərəfindən noyabrın 1-də elan edilib. Kompleksin yerləşdiyi şəhərin səlahiyyətlilərinin çağırışına 25 min nəfər cavab verib. Vəsait yığımı gələn ilin yazına qədər davam edəcək.

Qeyd edək ki, ötən həftə UNESKO-nun Ümumdünya İrsi Siyahısında yer alan Syuri qalasında böyük yanğın baş verib, kompleksin əsas binası da daxil olmaqla yeddi tikili tamamilə məhv olub.

Yanğının səbəbi hələ də məlum deyil.

Son xəbərlər

Orphus sistemi