Bakı. 1 avqust. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokio şəhəri ilə Tomakomay limanı arasında sərnişin daşıyan bərədə bu səhər yanğın baş verib.
"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, Tokio limanını tərk edən bərə paytaxtdan 31 mil uzaqlaşdıqdan sonra həyəcan siqnalı verib.
Hadisə bölgəsinə dörd patrul kateri göndərilib. 100-ə yaxın sərnişinin xilas edildiyi bildirilir.
Zərərçəkənlər barədə məlumat verilmir.