Bakı. 10 avqust. REPORT.AZ/ Yaponiyanın mərkəzi Qumma prefekturasında cümə günü xilasetmə vertolyotu itib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" nəşri məlumat yayıb.
Vertolyotun göyərtəsində 9 nəfər olub. Helikopterlə əlaqə cari ilin əvvəlində püskürən fəal Kusatsu-Sirane vulkanı ərazisində kəsilib.
Vertolyotun heyət üzvləri havadan Qumma və Naqano prefekturalarının sərhədindəki dağ yolunun vəziyyətinə baxış keçirməli idilər.