Yaponiyada "Xayşen" qasırğası zamanı onlarla insan xəsarət alıb

Yaponiyada "Xayşen" qasırğası zamanı onlarla insan xəsarət alıb Yaponiyanın cənub-qərbində tüğyan edən "Xayşen" güclü qasırğası zamanı azı 36 nəfər xəsarət alıb.
Digər ölkələr
195
7 Sentyabr , 2020 04:45
Yaponiyada Xayşen qasırğası zamanı onlarla insan xəsarət alıb

Yaponiyanın cənub-qərbində tüğyan edən güclü "Xayşen" qasırğası zamanı azı 36 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı bildirib. 

Qasırğa nəticəsində ən çox Küsü adasının Naqasaki, Kaqosima və Kumamoto prefekturalarının sakinləri xəsarətlər alıb. Həmçinin Küsüdən qərbdə yerləşən Yamaquti prefekturasında da dörd nəfərin zərər çəkməsi haqqında bildirilir.

Güclü külək gecə elektrik xətlərinə zərər vurub, buna görə də Yaponiyanın cənub-qərbində təxminən 440 min ev işıqsız qalıb. Qasırğaya görə demək olar, 800 min insan yerli hakimiyyətdən öz evlərini tərk etmək, xüsusi təxliyə mərkəzlərində yerləşmək barədə göstəriş və tövsiyələr alıb.

"Xayşen" qasırğası hazırda 40 km/saat sürətlə Yaponiyadan Koreya yarımadasına doğru hərəkət edir. Atmosfer hadisəsinin episentrində küləyin sürəti 60 m/saniyəyə çatır. Bazar ertəsi ərzində Yaponiyanın cənub-qərbində qasırğaya görə 200 millimetrdən çox yağıntı düşə bilər.

Orphus sistemi