​Yaponiyada türklərlə kürdlər arasında toqquşma olub

​Yaponiyada türklərlə kürdlər arasında toqquşma olub Türkiyə səfirliyi qarşısında baş verən hadisədə 4 nəfər xəsarət alıb
Digər ölkələr
25 Oktyabr , 2015 08:35
​Yaponiyada türklərlə kürdlər arasında toqquşma olub

Bakı. 25 oktyabr. REPORT.AZ/ Türkiyənin Tokiodakı səfirliyi qarşısında türklərlə kürdlər arasında baş verən toqquşma zamanı 4 nəfər xəsarət alıb.

"Report" NHK-ya istinadən xəbər verir ki, Türkiyənin Sibuya rayonu ərazisində yerləşən diplomatik nümayəndəliyi qarşısına növbədənkənar parlament seçkilərində səsverməyi planlaşdıran təqribən 600 nəfər toplaşıb.

Hadisənin səbəbləri araşdırılır. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə onlarla polis avtobusu dayanıb, səsverənlər arasında toqquşmalar davam edir.

Son xəbərlər

Orphus sistemi