Yaponiyada "Tapa" tufanı zamanı 30 nəfər xəsarət alıb

Yaponiyada "Tapa" tufanı zamanı 30 nəfər xəsarət alıb Yaponiyanın cənubundakı Okinava və Küsü adalarında Tapa tufanı zamanı 30 nəfər zərər çəkib
Digər ölkələr
23 Sentyabr , 2019 05:39
Yaponiyada Tapa tufanı zamanı 30 nəfər xəsarət alıb

Yaponiyanın cənubundakı OkinavaKüsü adalarında "Tapa" tufanı zamanı 30 nəfər zərər çəkib

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiyanın xilasetmə və təcili yardım xidmətinin funksiyalarını həyata keçirən yanğından mühafizə xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Küsü adasında 50 min ev işıqsız qalıb. Yaponiyanın əsas adası olan Honsünün Yamaquti prefekturasında daha 9 min evin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

"Tapa" tufanı hazırda Yapon dənizindən keçir və şimal-şərqə doğru hərəkət edir. Çərşənbə axşamı gecəsi o Hokkaydonun şimal hissəsində tüğyan edəcək.

Bu halda sinoptiklər qeyd ediblər ki, tufan tədricən gücünü itirir. 

Son xəbərlər

Orphus sistemi