Bakı. 30 sentyabr. REPORT.AZ/ Yaponiyada "Trami" qasırğası zamanı xəsarət alanların sayı artıb.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, təbii hadisə zamanı azı 47 nəfər yaralanıb. Onlardan 38-i Okinava adasında, 9-u isə Kaqosimada xəsarət alıb.
Qasırğa ilə əlaqədar yüzlərlə hava reysi ləğv edilib. Təbii hadisə nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub.
***22:53
Yaponiyanın cənubundakı Okinava prefekturasında tüğyan edən "Trami" qasırğası zamanı azı 22 nəfər xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə görə, qasırğa ilə əlaqədar sabah Osakadakı beynəlxalq Kansay hava limanının iki eniş-uçuş zolağı bağlı olacaq. Sərnişinlərdən reyslər haqqında məlumatı hava şirkətinin saytından almaq xahiş edilib.
Qasırğa nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub. Ölkənin 400-dən çox daxili təyyarə reysi ləğv edilib.
Daha əvvəl təbii hadisə nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilirdi.