Yaponiyada torpaq sürüşməsi zamanı 130 ev dağılıb, onlarla insan itkin düşüb

Yaponiyada torpaq sürüşməsi zamanı 130 ev dağılıb, onlarla insan itkin düşüb Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.
Digər ölkələr
11 İyul , 2021 17:40
Yaponiyada torpaq sürüşməsi zamanı 130 ev dağılıb, onlarla insan itkin düşüb

Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.

“Report”un məlumatına görə, bu barədə Kiodo agentliyi bildirib.

Qeyd edilir ki, təxminən iyirmi insan itkin düşmüş hesab edilir. Ancaq qeyd olunur ki, bu say arta bilər.

İtkin düşənlərin axtarışı üzrə əməliyyat dünən səhər yenidən davam etdirilib.

Sürüşmə nəticəsində təxminən 130 ev dağıntıya məruza qalıb. İndiyə qədər 18 nəfərin yerini müəyyənləşdirmək mümkün deyil. 500-dən çox insan müvəqqəti otellərə yerləşdirilib.

Fəlakətin vurdğu maddi zərərin real miqyasını qiymətləndirmək hələ çətindir.

Son xəbərlər

Orphus sistemi