Yaponiyada 1,3 milyon insan təxliyə edilir

Yaponiyada 1,3 milyon insan təxliyə edilir Yaponiyanın Fukuoka, Kumamoto, Naqasaki və Oita prefekturalarının təxminən 1,3 milyon sakininə ölkəni cənginə alan sel və daşqınlar səbəbi ilə təxliyə olunmaq tövsiyə edilib
Digər ölkələr
561
7 İyul , 2020 12:13
Yaponiyada 1,3 milyon insan təxliyə edilir

Yaponiyanın Fukuoka, Kumamoto, Naqasaki və Oita prefekturalarının, təxminən, 1,3 milyon sakininə ölkəni cənginə alan sel və daşqınlar səbəbi ilə təxliyə olunmaq tövsiyə edilib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı hadisə yerlərindən toplanmış informasiya əsasında məlumat verib.

Qeyd edək ki, iyulun 4-dən bəri təbii fəlakət nəticəsində ölkədə 52 nəfər ölüb, 2 nəfər ağır vəziyyətdədir, 12 nəfər itkin düşüb.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün işə xilasedicilər və 10 min hərbçi cəlb olunub.

Leysan yağışları Küsü, Şikoku adalarına, eləcə də Yaponiyanın əsas adası olan Honsüyə ciddi ziyan vurub.