Yaponiyada təqribən 5 bal gücündə zəlzələ olub

Yaponiyada təqribən 5 bal gücündə zəlzələ olub Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
1 Oktyabr , 2017 07:38
Yaponiyada təqribən 5 bal gücündə zəlzələ olub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Yaponiyanın şimal-şərqində yerləşən Honsyu adasında 4,9 maqnituda gücündə zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Meteoroloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri 10 km dərinlikdə olub.

Bunun ardınca 3,7 maqnituda gücündə daha bir yeraltı təkan qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur. Yerin titrəməsini qonşuluqda yerləşən doqquz rayonun sakinləri hiss edib.

Son xəbərlər

Orphus sistemi