Yaponiyada tayfunun vurduğu ziyan 1,5 milyard dollara çatıb

Yaponiyada tayfunun vurduğu ziyan 1,5 milyard dollara çatıb Yaponiyanı cənginə alan bir neçə tayfun nəticəsində dəymiş ziyan 170 milyard yenə, yəni, təqribən, 1,5 milyard dollara çatıb.
Digər ölkələr
28 oktyabr 2019 06:58
Yaponiyada tayfunun vurduğu ziyan 1,5 milyard dollara çatıb

Yaponiyanı cənginə alan bir neçə tayfun nəticəsində dəymiş ziyan 170 milyard yenə, yəni, təqribən, 1,5 milyard dollara çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin yaydığı məlumatda qeyd olunub.

Yaponiya Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyinin hesablamalarına görə, sentyabr ayında "Faksay" tayfundan sonra dəymiş ziyan 50,9 milyard yen (468,2 milyon dollar) olub, fövqəladə vəziyyət elan edilməsinə səbəb olan oktyabrdakı "Haqibis" tayfununun vurduğu ziyan isə 122,17 milyard yen (1,1 milyard dollardan çox) qiymətləndirilir.

O cümlədən 33 min hektara yaxın əkin sahəsi zərər görüb və su altında qalıb.

Qeyd edək ki, Yaponiyada "Haqibis" tayfununun səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 88 nəfər ölüb, 7 nəfər itkin düşüb, xəsarət alanların sayı 400-ü keçib.

Son xəbərlər

Orphus sistemi