Yaponiyada tayfun nəticəsində ölən və yaralananlar var

Yaponiyada tayfun nəticəsində ölən və yaralananlar var Ötən gecə Tokio və ətraf bölgələrdə “Faksai” tayfunu üzündən 2 nəfər ölüb, 60-dan çox xəsarət alıb, 26 bina zədələnib, 930 minədək mənzil müvəqqəti olaraq elektrik təchizatından məhrum olub.
Digər ölkələr
9 Sentyabr , 2019 14:39
Yaponiyada tayfun nəticəsində ölən və yaralananlar var

Ötən gecə Tokio və ətraf bölgələrdə “Faksai” tayfunu üzündən 2 nəfər ölüb, 60-dan çox xəsarət alıb, 26 bina zədələnib, 930 minədək mənzil müvəqqəti olaraq elektrik təchizatından məhrum olub.

“Report” NHK televiziyasına istinadən xəbər verir ki, bu mövsümün sayca 15-ci olan “Faksai” tayfunu hazırda Yaponiyanın şimal-şərq sahilləri boyu şimal-şərq istiqamətində 30 kilometr/saat sürətlə irəliləyir.

Həmçinin Tokio yaxınlığındakı Tiba əyalətində leysan yağışları nəticəsində torpaq sürüşməsi baş verib. Bu gün paytaxt məktəblərində dərslər keçirilmir. Əlverişsiz hava şəraiti üzündən 50-dək təyyarə reysinin təxirə salındığı da bildirilir.

Son xəbərlər

Orphus sistemi