Yaponiyada tayfun 114 mindən çox evi işıqsız qoydu

Yaponiyada tayfun 114 mindən çox evi işıqsız qoydu “Maysak” tayfunu nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb.
Digər ölkələr
3 Sentyabr , 2020 10:43
Yaponiyada tayfun 114 mindən çox evi işıqsız qoydu
0 : 00
0 : 00

Yaponiyanın cənub-qərbindəki Küsü adasında ən azı 117 min ev bölgəni bürümüş “Maysak” tayfununun səbəb olduğu leysan yağışları və güclü küləklər nəticəsində elektrik enerjisiz qalıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Elektrik enerjisinin təminatında kəsilmə hadisələrinin Saqa, Kumamoto və Fukuoka prefekturalarında qeydə alındığı bildirilib. Ancaq bu cür hadisələrin əksəriyyəti, təxminən, 114 min evin elektrik enerjisiz qaldığı Naqasaki prefekturasında baş verib.

“Kyodo” agentliyinin verdiyi məlumata görə, “Maysak” tayfunu nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb. Xəsarətalma hallarının hamısı Küsü adası ərazisində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi