Yaponiyada tarix dərsliklərinə düzəlişlər ediləcək

Yaponiyada tarix dərsliklərinə düzəlişlər ediləcək Yeni dərsliklərin 2017-ci ilin aprelində başlanacaq yeni tədris ilində müəllimlər tərəfindən istifadəsi nəzərdə tutulub
Digər ölkələr
21 Mart , 2016 12:13
Yaponiyada tarix dərsliklərinə düzəlişlər ediləcək

Bakı. 21 mart. REPORT.AZ/ Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata görə, Təhsil Nazirliyi yanında Müşahidəçilər Şurası orta məktəblərin yuxarı sinif şagirdləri üçün dərsliklərin yeni layihələrini bəyənib. Bununla əlaqədar nəşriyyatlardan dərsliklərin mətnlərində müəyyən düzəlişlər aparılması xahiş olunub.

Konkret olaraq, Şura nəşriyyatlardan 1937-1945-ci illərdə baş vermiş yapon-Çin müharibəsi dövründə “Nankin qırğını” zamanı yapon ordusunun hərəkətləri nəticəsində həlak olmuş çinlilərin dəqiq sayının məlum olmadığını qeyd etməyi xahiş edib.

Təhsil Nazirliyində, həmçinin bildiriblər ki, 1923-cü ildə Kanto zəlzələsindən sonra Yaponiyada baş vermiş qarışıqlıqlar nəticəsində nə qədər koreyalının həlak olduğu da məlum deyil.

Bundan əlavə, Şura Yaponiya ilə qonşu ölkələr arasında davam edən ərazi mübahisələri haqqında dərsliklərə 22 düzəlişin aparılmasını da tövsiyə edib.

Söhbət Şərqi Çin dənizində yerləşən, Tokionun nəzarət etdiyi və Yaponiya ilə Çin arasında ərazi mübahisəsinə səbəb olan Senkaku adalarından, Yapon dənizində yerləşən, Seulun nəzarət etdiyi və Yaponiya ilə Koreya Respublikası arasında mübahisə obyekti olan Takeşima adalarından və həmçinin Rusiyanın nəzarəti altında olan və Yaponiyanın iddia etdiyi Kuril adaları (İturup, Kunaşir, Şikotan, Habomai) silsiləsindən gedir.

Şura, həmçinin tövsiyə edib ki, dərsliklərdə II Dünya müharibəsindən sonra yapon hökumətinin təzminat ödəməsi və özünümüdafiə qüvvələrinin səlahiyyətlərinin artırılması ilə bağlı Yaponiyanın mövqeyi də tam aydınlığı ilə öz əksini tapsın.

Yapon məktəblərinin rəhbərliyi yeni dərsliklərin 2017-ci ilin aprelində başlanacaq yeni tədris ilində müəllimlər tərəfindən istifadəsi ilə bağlı qərarı avqustun sonunda qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi