Yaponiyada "Talim" qasırğası nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb

Yaponiyada "Talim" qasırğası nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb Qasırğa nəticəsində daha 3 nəfər itkin düşüb
Digər ölkələr
18 Sentyabr , 2017 04:56
Yaponiyada Talim qasırğası nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Yaponiyada "Talim" qasırğası nəticəsində 1 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkənin qərbində və cənub-qərbində tüğyan edən qasırğa nəticəsində daha 3 nəfər itkin düşüb. Təbii hadisə daha çox sutkada 300-500 mm yağıntının səbəb olduğu sürüşmələrin baş verdiyi Küsü və Sikoki adalarına təsir edib. Onlarla ev su altında qalıb.

Qasırğa həmçinin nəqliyyatın əlaqəsini də pozub. Bazar ertəsi günü yerli təyyarələr 262 daxili reysi ləğv edib. 

Son xəbərlər

Orphus sistemi