Bakı. 11 iyun. REPORT.AZ/ Yaponiyada qoca sürücünün idarə etdiyi avtomobil küçədə orta məktəblərdən birinin aşağı sinif şagirdlərinə çırpılıb.
"Report"un məlumatına görə, bu barədə TBS telekanalı xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Yapon dənizi sahilindəki Fukui şəhərində qeydə alınıb. Hadisə zamanı 6 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü qəza yerində saxlanılıb.