Yaponiyada manyak qatil edama məhkum edildi

Yaponiyada manyak qatil edama məhkum edildi Tokio Dairə Məhkəməsi internetdə tanış olduğu bir neçə şəxsi qətlə yetirmiş 30 yaşlı Takahiro Şiraişi adlı müttəhimi edama məhkum edib.
Digər ölkələr
15 Dekabr , 2020 13:25
Yaponiyada manyak qatil edama məhkum edildi

Tokio Dairə Məhkəməsi internetdə tanış olduğu bir neçə şəxsi qətlə yetirmiş 30 yaşlı Takahiro Şiraişi adlı müttəhimi edama məhkum edib.

“Report” “Japan Times”a istinadən xəbər verir ki, “Twitter qatili” ləqəbi ilə də tanınan Şiraişi Kanaqava prefekturasının (əyalətinin) Zama şəhərindəki evində doqquz nəfəri qətlə yetirmək, cəsədlərini parçalamaq və saxlamaqda təqsirkar bilinib.

Hakim Naokuni Yano həmin qətlləri “kriminal tarixində ifrat qəddar” olaraq dəyərləndirib

T.Şiraişiyə qarşı 2018-ci ilin sentyabr ayında irəli sürülmüş ittihamnaməyə görə o, 2017-ci il avqust – oktyabr dövründə 15-26 yaşlar arasında səkkiz qızı və bir oğlanı qətlə yetirib. Onlarla sosial şəbəkədə tanış olaraq intihar etmək istədiyini bildirərək evinə dəvət edib. İddiaya görə öldürdüyü bütün qızlara əvvəlcə cinsi təcavüz edib.

İlk dəfə 2017-ci ilin oktyabr ayında itkin düşmüş 23 yaşlı qızı axtaran polis T.Şiraişinin evinə gələrək meyit parçalarının saxlandığı bir neçə soyuducu aşkarlayıb. Rəsmi ittihamnamə irəli sürülənədək 5 ay ərzində psixiatrik sınaqlardan keçirilib.

Son xəbərlər

Orphus sistemi