Yaponiyada silahlı qadın metroda sərnişinlərə hücum edib, xəsarət alanlar var

Yaponiyada silahlı qadın metroda sərnişinlərə hücum edib, xəsarət alanlar var Yaponiyanın paytaxtı Tokioda “Akihabara” metrostansiyası yaxınlığında qadın bıçaqla sərnişinlərə hücum edib.
Digər ölkələr
3 yanvar 2024 17:16
Yaponiyada silahlı qadın metroda sərnişinlərə hücum edib, xəsarət alanlar var

Yaponiyanın paytaxtı Tokioda “Akihabara” metrostansiyası yaxınlığında qadın bıçaqla sərnişinlərə hücum edib.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hücum zamanı 4 nəfər xəsarət alıb. Məlumata görə, hücum edən şəxs saxlanılıb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Qeyd edək ki, analoji hadisə 2008-ci ildə də bu stansiyanın yaxınlığında baş vermişdi. Belə ki, yerli sakin də bıçaqla yoldan keçənlərə hücum etmişdi. Həmin vaxt yeddi nəfər ölmüşdü, daha on nəfər yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi