Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanmağa başlayıb

Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanmağa başlayıb Yanğın hava gəmisinin mühərrikində qeydə alınıb
Digər ölkələr
27 Sentyabr , 2017 04:56
Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanmağa başlayıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Yaponiyada "Japan Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsinin uçuş zamanı mühərriki yanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK nəşri yazıb.

İlkin məlumata görə, insident Haneda hava limanında baş verib.

Qeyd olunur ki, nəticədə heç kim zərər çəkməyib.

Hadisənin səbəbləri dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi