Yaponiyada şahzadənin yetkinlik yaşına çatması təntənəli qeyd olunacaq

Yaponiyada şahzadənin yetkinlik yaşına çatması təntənəli qeyd olunacaq Yaponiya hökuməti imperator Naruxito və imperatriça Masakonun yeganə övladı olan şahzadə Aykonun yetkinlik yaşına çatması münasibətilə dekabrın 5-ni təntənəli surətdə qeyd etmək barədə qərar qəbul edib.
Digər ölkələr
16 Noyabr , 2021 12:03
Yaponiyada şahzadənin yetkinlik yaşına çatması təntənəli qeyd olunacaq

Yaponiya hökuməti imperator Naruxito və imperatriça Masakonun yeganə övladı olan şahzadə Aykonun yetkinlik yaşına çatması münasibətilə dekabrın 5-ni təntənəli surətdə qeyd etmək barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə monarxın ailəsi ilə bağlı işlərə nəzarət edən İmperator ailəsi idarəsi rəsmən bəyan edib.

Dekabrın 1-i şahzadənin 20-i yaşı tamam olacaq. Yaponiyada yetkinlik yaşı məhz 20 yaş hesab olunur. Qızın ali təhsilinə mane olmamaq məqsədilə təntənəli mərasimlər növbəti bazar günü - dekabrın 5-nə təyin olunub. Mərasim zamanı şahzadə Ayko sinto dini məbədinə səfər edəcək, daha sonra imperator sarayında atası ona lentli Müqəddəs Tac Ordeni təqdim edəcək.

Pandemiya səbəbindən böyük banket təşkil olunmayacaq.

Son xəbərlər

Orphus sistemi