Yaponiyada raket buraxılışı uğursuzluqla nəticələnib

Yaponiyada raket buraxılışı uğursuzluqla nəticələnib Bakı. 30 iyun. REPORT.AZ/ Yaponiyada Interstellar Technologies Inc şirkətinə məxsus xüsusi raketin buraxılışı uğursuzluqla nəticələnib.
Digər ölkələr
30 İyun , 2018 05:32
Yaponiyada raket buraxılışı uğursuzluqla nəticələnib

Bakı. 30 iyun. REPORT.AZ/ Yaponiyada "Interstellar Technologies Inc" şirkətinə məxsus xüsusi raketin buraxılışı uğursuzluqla nəticələnib.

"Report" xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə iyunun 30-da, yerli vaxtla saat 05:30-da baş verib. On metrlik raket buraxıldıqdan sonra partlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bu, son vaxtlar ölkədə baş vermiş ikinci hadisədir. Analoji hadisə 2017-ci ilin iyulunda da baş verib. "Interstellar Technologies" şirkəti tərəfindən hazırlanmış raketin buraxılışı uğursuzluqla nəticələnib. 

Son xəbərlər

Orphus sistemi