Yaponiyada qasırğa zamanı 8 nəfər xəsarət alıb

Yaponiyada qasırğa zamanı 8 nəfər xəsarət alıb Bakı. 5 oktyabr. REPORT.AZ/ Yaponiyanın cənubunda və cənub-qərbində tüğyan edən Konq-rey qasırğası zamanı azı 8 nəfər xəsarət alıb.
Digər ölkələr
5 Oktyabr , 2018 08:33
Yaponiyada qasırğa zamanı 8 nəfər xəsarət alıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Yaponiyanın cənubunda və cənub-qərbində tüğyan edən "Konq-rey" qasırğası zamanı azı 8 nəfər xəsarət alıb.

Bu barədə "Report" NHK telekanalına istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə zamanı Okinava və Kaqosima prefekturasının 30 mindən çox sakini elektrik enerjisindən məhrum olub. Yerli dildə "Gözəl qız" tərcüməsini verən "Konq rey" qasırğası hazırda Honsü adası istiqamətində hərəkət edir.

TASS isə xəbər verib ki, küləyin sürəti saatda 60 kilometrə çatır. 

Qeyd edək ki, Yaponiyada həmçinin 5,3 bal gücündə zəlzələ olub. Təbii hadisə zamanı 1 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi