Yaponiyada qasırğa səbəbindən 600-ə yaxın aviareys ləğv olunub

Yaponiyada qasırğa səbəbindən 600-ə yaxın aviareys ləğv olunub Bakı. 4 sentyabr. REPORT.AZ/ Yaponiyada ölkənin Qərb sahilinə yaxınlaşmaqda olan güclü Cebi qasırğası səbəbindən azı 570 daxili aviareys ləğv edilib.
Digər ölkələr
4 Sentyabr , 2018 04:55
Yaponiyada qasırğa səbəbindən 600-ə yaxın aviareys ləğv olunub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Yaponiyada ölkənin Qərb sahilinə yaxınlaşmaqda olan güclü "Cebi" qasırğası səbəbindən azı 570 daxili aviareys ləğv edilib.

“Report” xəbər verir ki, ləğv olunan reyslərin böyük hissəsi Naqoya və Osaka şəhərlərini Yaponiyanın digər şəhərləri ilə əlaqələndirir.

Aviareyslərlə yanaşı ölkənin qərbində qatarların hərəkəti də dayandırılıb.

Tropik "Cebi" qasırğası Yaponiyaya sentyabrın 4-ü günün birinci yarısında çatacaq.

Meteorologiya idarəsinin məlumatına görə, hazırda qasırğanın mərkəzində küləyin sürəti 45 metr/saniyə, ani şiddəti isə 60/m/s-yə çatır.

Sinoptiklərin proqnozlarına görə, ölkənin qərb bölgələrinə sutka ərzində 500 mm-dək yağıntı düşəcək. Bu, son 25 ildə ən güclü qasırğa ola bilər.

Son xəbərlər

Orphus sistemi