Bakı. 1 oktyabr. REPORT.AZ/ Yaponiyada "Trami" qasırğası nəticəsində azı 2 nəfər ölüb, daha 105-i xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NHK ictimai televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, ölüm halları Tottori və Yamanasi prefekturalarında qeydə alınıb. Hazırda daha iki nəfər itkin düşmüş hesab olunur.