Bakı. 24 oktyabr. REPORT.AZ/ Yaponiyanın mərkəzində tüğyan edən "Lan" qasırğası nəticəsində 7 nəfər ölüb, daha 90 nəfər yaralanıb.
“Report” "Sinxua"ya istinadən xəbər verir ki, təbii fəlakət əsasən Sidzuoka prefekturasında fəsad törədib.
Qasırğa daha sonra Kanto regionundan Yaponiyanın şərq hissəsinə istiqamət alıb.