Yaponiyada qar uçqunu baş verib, hotellərdən 40 nəfər təxliyə edilib

Yaponiyada qar uçqunu baş verib, hotellərdən 40 nəfər təxliyə edilib Fukusima prefekturasında bu həftənin əvvəlində qar uçqunu səbəbindən ətrafla əlaqəsi kəsilmiş hotellərdən 40 nəfər təxliyə edilib.
Digər ölkələr
12 fevral 2025 06:07
Yaponiyada qar uçqunu baş verib, hotellərdən 40 nəfər təxliyə edilib

Fukusima prefekturasında bu həftənin əvvəlində qar uçqunu səbəbindən ətrafla əlaqəsi kəsilmiş hotellərdən 40 nəfər təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

İnsanlar helikopterlə təxliyə edilərək Fukusima şəhərinə çatdırılıb.

Hazırda hotellərdə təxliyədən imtina edən 22 nəfər qalır. Hotellərdə su təchizatı, qaz işləyir və kifayət qədər qida və su ehtiyatı var.

Fevralın 10-da səhər saatarında Fukusima prefekturasında qar uçqunu baş verib. Ölən və xəsarət alan olmayıb. lakin otellərə gedən yol bağlanıb. Qar uçqunu nəticəsində təxminən 160 nəfər - otel işçiləri, qonaqlar yollardan və kommunikasiyalardan təcrid olunub.

Həmin gün günorta regionda ikinci qar uçqunu baş verib.

Son xəbərlər

Orphus sistemi