Yuxarı
    Bağlamaq

    Yaponiyada qar səbəbindən 40 aviareys təxirə salınıb

    Əsasən, Yapon dənizi sahilində yerləşən Niiqatı və digər şəhərlərdən reyslər təxirə salınıb

    Bakı. 14 yanvar. REPORT.AZ/ Yaponiyanın şimal və mərkəzi regionlarına yağan güclü qar şənbə günü ən azı 40 daxili aviareysin təxirə salınmasına gətirib çıxarıb.

    "Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

    Əsasən, Yapon dənizi sahilində yerləşən Niiqatı və digər şəhərlərdən reyslər təxirə salınıb. Bol qar səbəbindən yerli hava limanı rəhbərliyi təmizlənməsi üçün uçma-enmə zolağının müvəqqəti bağlanması barədə qərar qəbul edib.

    Güclü qar Naqoya və Osaka şəhərləri arasında işləyən "sinkansen" sürətli ekspress qatarlarının gecikməsinə də səbəb olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi