Yaponiyada qalmaqallar fonunda istefa verən nazirin yerinə təyinat olub - YENİLƏNİB

Yaponiyada qalmaqallar fonunda istefa verən nazirin yerinə təyinat olub - YENİLƏNİB Yaponiyanın inzibati işlər və kommunikasiyalar naziri Minoru Terada hökumətlə çoxsaylı qalmaqallara görə istefa ərizəsini Baş nazir Fumio Kişidaya təqdim edəcək.
Digər ölkələr
20 Noyabr , 2022 17:28
Yaponiyada qalmaqallar fonunda istefa verən nazirin yerinə təyinat olub - YENİLƏNİB

Qalmaqallar fonunda istefa verən Yaponiyanın inzibati işlər və kommunikasiyalar naziri Minoru Teradanın yerinə yeni təyinat olub.

"Report" xəbər verir ki, bu barədə  hökumətdəki mənbələrə istinadən NHK telekanalı məlumat yayıb.

İnzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumoto olacaq. Matsumoto 2011-ci ilin martından sentyabr ayına qədər Xarici İşlər Naziri vəzifəsində çalışıb.

15:52

Yaponiyanın inzibati işlər və kommunikasiyalar naziri Minoru Terada hökumətlə çoxsaylı qalmaqallara görə istefa ərizəsini Baş nazir Fumio Kişidaya təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Beləliklə, Terada son bir ayda nazir postunu itirən sayca üçüncü məmur olacaq. Onun maliyyə hesabatlarında pozuntuların olduğu ehtimal edilir. Bununla yanaşı, təxminən üç il ardıcıl Teradanın sənədlərində vəfat etmiş şəxs baş mühasib kimi qeyd edilib.

Qeyd edək ki, oktyabrın 24-də hökumətin əsas üzvlərindən biri, Yaponiyanın iqtisadi yenidənqurma naziri Daisiro Yamaqiva istefaya getməyə məcbur olub. Noyabrın 11-də isə ədliyyə naziri Yasuhiro Hanaşi qalmaqal səbəbindən vəzifəsindən gedib.

Son xəbərlər

Orphus sistemi