Yaponiyada partlayış zamanı xəsarət alanların sayı artıb, ölən var - YENİLƏNİB

Yaponiyada partlayış zamanı xəsarət alanların sayı artıb, ölən var - YENİLƏNİB Yaponiyanın Fukusimo prefekturasında baş verən partlayış zamanı 11 nəfər xəsarət alıb.
Digər ölkələr
30 İyul , 2020 06:30
Yaponiyada partlayış zamanı xəsarət alanların sayı artıb, ölən var - YENİLƏNİB

Yaponiyanın Fukusimo prefekturasında baş verən partlayış zamanı 1 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alanların sayı 17 nəfərə çatıb. Partlayış nəticəsində Koriyama şəhərində kiçik bina dağılıb, habelə qonşu binalara da zərər dəyib. Xüsusən yaxınlıqdakı bank ziyan çəkib, onun əməkdaşları, müştəriləri xəsarət alıb.

Partlayışın yaxınlıqdakı restoranda qaz sızmasından baş verdiyi ehtimal olunur.

Hadisənin səbəbləri araşdırılır.

05:34

Yaponiyanın Fukusimo prefekturasında baş verən partlayış zamanı 11 nəfər xəsarət alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edilir ki, partlayış nəticəsində Koriyama şəhərində kiçik bina dağılıb. Habelə qonşu binalara da zərər dəyib. Xüsusən yaxınlıqdakı bank ziyan çəkib, onun əməkdaşları, müştəriləri xəsarət alıb.

Partlayışın yaxınlıqdakı restoranda qaz sızmasından baş verdiyi ehtimal olunur.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi