Yaponiyada parlamentin əsas palatasına seçkilər başlayıb

Yaponiyada parlamentin əsas palatasına seçkilər başlayıb Yaponiyada parlamentin hökumət başçısının seçilməsi və dövlət büdcəsi layihəsinin qəbulu zamanı yuxarı palatadan üstün olan əsas - aşağı palatasına seçkilər üçün 46 mindən çox seçki məntəqəsi açılıb.
Digər ölkələr
31 Oktyabr , 2021 02:48
Yaponiyada parlamentin əsas palatasına seçkilər başlayıb

Yaponiyada parlamentin hökumət başçısının seçilməsi və dövlət büdcəsi layihəsinin qəbulu zamanı yuxarı palatadan üstün olan əsas - aşağı palatasına seçkilər üçün 46 mindən çox seçki məntəqəsi açılıb.

“Report” xəbər verir ki, seçicilər səhər saat 07:00-dan (Bakı vaxtı ilə saat 02:00) saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 15:00) səsvermə hüquqlarından istifadə edə biləcəklər.

Səsvermələrin nəticəsində 465 deputat seçiləcək, onlardan 289-u birmandatlı dairələr üzrə, daha 176-sı isə ölkənin 11 regionunda proporsional partiya səsverməsi əsasında seçiləcək. Qeyd edək ki, doqquz partiyadan ümumilikdə 1 051 siyasətçi namizədliyini irəli sürüb.

Parlamentin seçkilər nəticəsində buraxılmasından əvvəl oradakı 276 yerə Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyası (LDP), 29 yerə LDP-nin hakim koalisiyadakı kiçik tərəfdaşı olan “Komeyto” partiyasından olan deputatlar nəzarət edirdi. Onlar birlikdə mütləq (305), lakin konstitusiya çoxluğuna (310) malik deyildilər. Ana müxalifət olan Konstitusiyalı Demokrat Partiyasının 112 mandatı var idi.

Son xəbərlər

Orphus sistemi