Yaponiyanın hakim koalisiyası seçkilərdə liderdir

Yaponiyanın hakim koalisiyası seçkilərdə liderdir Yaponiya parlamentinin aşağı palatasına seçkilər keçirilir. Hazırda seçici fəallığı 2017-ci ildə əvvəlki səsvermə zamanı demək olar ki, oxşar səviyyəyə çatıb.
Digər ölkələr
31 Oktyabr , 2021 16:00
Yaponiyanın hakim koalisiyası seçkilərdə liderdir

Yaponiyanın Baş naziri Fumio Kişidanın Liberal Demokrat Partiyası (LDP) və Komeitodan ibarət hakim koalisiya parlamentin aşağı palatasında çoxluq qazanacaq.

"Report" xəbər verir ki, bunu NHK telekanalının exit-pollunun məlumatları sübut edir.

Qeyd olunur ki, tək çoxluq üçün 233 mandat lazımdır və LDP onu itirə bilər. Komeito deputatları isə 27-dən 35-ə qədər yer tutacaqlar. Beləliklə, koalisiya ən əlverişsiz ssenaridə belə, aşağı palatada səs çoxluğu əldə edəcək.

Ana müxalifət olan Konstitusiya Demokratik Partiyası (KDP) isə öz növbəsində parlamentdəki təmsilçiliyini gücləndirəcək və 99-dan 141-ə qədər yer alacaq. Kommunist Partiyası, exit-poll-a görə, səkkizdən 14-ə qədər, Yaponiya Dirçəliş Cəmiyyəti isə 34-dən 47-yə qədər mandata sahib olacaq.

15:10

Yaponiya parlamentinin aşağı palatasına keçirilən seçkilər başa çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki,bu barədə İnzibati İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Məlumata görə, seçici fəallığı 31,64% təşkil edib. Bu, 2017-ci ilin son seçkiləri ilə müqayisədə 1,65% çoxdur.

Eyni zamanda, seçkilərdə ümumilikdə 20,5 milyona yaxın insan (seçicilərin 19,49%-i) vaxtından əvvəl səs verib.

11:20

Yaponiya parlamentinin aşağı palatasına seçkilər keçirilir. Hazırda seçici fəallığı 2017-ci ildə əvvəlki səsvermə zamanı demək olar ki, oxşar səviyyəyə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçici fəallığı 21,49% təşkil edib.

Seçkilərdə heç bir insident qeydə alınmayıb.

Yaponiyada 46 000-dən çox seçki məntəqəsi var.

Son xəbərlər

Orphus sistemi