Bakı. 23 yanvar. REPORT.AZ/ Yaponiyanın Vakayama prefekturasında yerləşən Arita şəhərinin təxliyyə olunmuş sakinləri yanğınsöndürənlərin "Tonen" korporasiyasına məxsus (TonenGeneral Sekiyu) neft emalı zavodundakı yanğını söndürməsindən sonra bu gün evlərinə qayıtmağa müvəffəq olublar.
Bu barədə "Report" "Kyodo" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, yanğın dünən zavodun sürtkü yağı istehsalı sexində başlaylıb. Bununla əlaqədar Vakayama prefekturasının səlahiyyətliləri Arita şəhərinin təxminən üç min sakininə təxliyyə olunmağı tövsiyə edib. Onlardan yalnız 500 nəfəri təxliyyə olunub.
Yanğın zamanı heç kim xəsarət almayıb.