​Yaponiyada naməlum şəxs bıçaqla 19 nəfəri qətlə yetirib

​Yaponiyada naməlum şəxs bıçaqla 19 nəfəri qətlə yetirib Hadisə Kanaqava perfekturasında əlillər evində baş verib
Digər ölkələr
26 İyul , 2016 01:02
​Yaponiyada naməlum şəxs bıçaqla 19 nəfəri qətlə yetirib

Bakı. 26 iyul. REPORT.AZ/ Yaponiyanın Kanaqava perfekturasında naməlum şəxsin insanlara bıçaqla hücum etməsi nəticəsində ən azı 19 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, insident nəticəsində daha 20 nəfər ağır yaralanıb. Təqribən 20 yaşı olan cani yaxalanıb.

Yerli NHK telekanalı polisə istinadən xəbər verib ki, əlillər evində törədilən hadisə nəticəsində 15 nəfər ölüb, 45 nəfər yaralanıb. Onlardan 20-nin vəziyyəti ağırdır.

Kanal xəbər verir ki, qırğını törədən 26 yaşlı gənc özü polisə təslim olub və günahını etiraf edib.

Hadisə Bakı vaxtı ilə 21.30-da baş verib. Sözügedən şəxs polisə həmin internatda işlədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi