Yuxarı

Yaponiyada minlərlə insan Okinavada ABŞ-ın hərbi bazasına etiraz edib

Oxşar aksilar ölkənin digər rayonlarında da baş tutub

Bakı. 21 fevral. REPORT.AZ/ Minlərlə insan Yaponiya parlamenti qarşısında toplaşaraq, ABŞ-ın Okinavada adasındaki hərbi bazasının yenidən fəaliyyətə başlamasına etiraz ediblər. "Report" "Amerikanın səsi"-nə istinadən xəbər verir ki, 30 minə yaxın etirazçı "Bazanı qurmayın" şüarı səsləndiriblər. Oxşar aksiylar ölkənin digər rayonlarında da baş tutub.

Okinava adası İkinci Dünya müharibəsi dövründə  Yaponiyada döyüşlərin getdiyi yeganə ərazidir və bu adanın sakinləri ABŞ-ın minlərlə əsgərinin burada yerləşdirilməsinə qarşı çıxır.

Birləşmiş Ştatlar və Yaponiya hələ 1996-cı ildə bazanın hazırda əhalinin sıx yaşadığı Henoko ərazisinə keçirilməsi haqda razılıq əldə edib. Lakin adanın sakinlərin çoxu təklifə etiraz edib və bazanın tamamilə başqa yerə köçürülməsini istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi