Yaponiyada qasırğadan zərər çəkənlərin sayı 67 nəfərə çatıb

Yaponiyada qasırğadan zərər çəkənlərin sayı 67 nəfərə çatıb Təbii fəlakət bir nəfərin ölümünə səbəb olub
Digər ölkələr
23 Avqust , 2016 03:58
Yaponiyada qasırğadan zərər çəkənlərin sayı 67 nəfərə çatıb

Bakı. 23 avqust. REPORT.AZ/ Yaponiyada "Mindul" qasırğasından zərər çəkənlərin sayı 67 nəfərə çatıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteoroloji Agentliyi xəbər yayıb.

Məlumata görə, təbii fəlakət 1 nəfərin ölümünə səbəb olub.

Təxminən 21 min sakinə küçəyə çıxmamaq və sığınacaqlara təxliyə edilmək məsləhət görülüb. Bu, təkcə Hokkaydo adasının deyil, eyni zamanda Fukusima, Saytama və Kanaqava prefekturalarının da sakinlərinə aiddir. Təbii fəlakət həmin prefekturalara 1 sutka əvvəl çatıb.

Bəzi rayonlar indiyədək su altındadır. Elektrik xətlərinin qırılması nəticəsində 28 min ev işıqsız qalıb.

"NHK" isə telekanalı bildirir ki, xilasedicilər ən azı səkkiz çayın məcrasından çıxması təhlükəsi barədə xəbərdarlıq edib. Qasırğa bir sıra rayonlarında kiçik yolları dağıdıb və buna görə hərəkət məhdudlaşdırılıb.

Bazar ertəsi Yaponiyada beynəlxalq aviareyslər də daxil olmaqla, ümumilikdə 500 aviareys təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi