Bakı. 31 oktyabr. REPORT.AZ/ Yaponiyanın Dzama şəhərindəki mənzillərdən birində 9 insanın bədən hissələri aşkar edilib.
"Report"un verdiyi xəbərə görə, bu barədə NHK telekanalı xəbər verib.
Belə ki, 23 yaşlı qızın itkin düşməsi səbəbindən araşdırma aparan polis 27 yaşlı Taxirimo Şiraişin evinə baxış keçirib. Axtarış zamanı mənzildən insan bədəninin müxtəlif hissələrinin yığıldığı bir neçə soyuducu aşkar edilib. İlkin məlumata görə, tapılmış bədən hissələri 8 qadına və 1 kişiyə məxsusdur. Taxirimo Şiraiş faktla bağlı həbs edilib.
Telekanalın verdiyi məlumatda şübhəli bilinən şəxsin həmin insanları öldürdüyü təsdiq edilib. Qonşuların sözlərinə görə, T.Şiraişi binaya köçəndən sonra onun mənzilindən qəribə qoxunun gəldiyini hiss ediblər.