Yaponiyada məktəbli avtobusunun iştirakı ilə baş verən yol qəzasında 17 nəfər yaralanıb.
"Report" xəbər verir ki, beş avtomobilin, eləcə də, avtobus Totiqi prefekturasında toqquşub.
Avtobus uşaqları ekskursiyaya aparırmış. Yaralıların hamısı müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Yerli polis qəzanın hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparır.