Yaponiyada leysan yağışları fəsadlar törədib

Yaponiyada leysan yağışları fəsadlar törədib Yaponiyada yağan leysan yağışlar nəticəsində 47 prefekturanın (əyalətin) 19-da azı 12.600 bina zədələnib.
Digər ölkələr
11 İyul , 2020 12:49
Yaponiyada leysan yağışları fəsadlar törədib

Yaponiyada yağan leysan yağışlar nəticəsində 47 prefekturanın (əyalətin) 19-da azı 12 600 bina zədələnib.

“Report” TASS-a istinadən xəbər verir ki, ən çox ziyan ölkənin cənub-qərbindəki Kyuşu adasında yerləşən Kumamoto əyalətinə dəyib.

Son 6 gündə adıçəkilən adada leysan yağışlarının əmələ gətirdiyi daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər ölüb, 16 nəfər isə itkin düşüb. Hökumət bütövlükdə 2 milyondan artıq sakinin təxliyəsi barədə qərar verib.

Son xəbərlər

Orphus sistemi