Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb

Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb Bakı. 12 iyul. REPORT.AZ/ Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb.
Digər ölkələr
12 İyul , 2018 07:04
Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb

Bakı. 12 iyul. REPORT.AZ/ Yaponiyada leysan yağışlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bu, Yaponiyada 1953-cü ildən sonra daşqın qurbanlarının sayında qeydə alınmış ən böyük rəqəmdir. Güclü yağışlar ölkədə hələ ötən həftənin ortalarında "Prapirun" qasırğasının təsiri ilə bir sıra fəsadlar törədib. Bəzi ərazilərdə yağıntının miqdarı 1000 mm-ə çatıb. Bu isə çayların daşmasına, torpaq sürüşmələrinə səbəb olub.

Daha əvvəl güclü yağışların qurbanlarının sayının 179 nəfər olduğu bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi