Yaponiyada leysan yağışlar nəticəsində 8 nəfər həlak olub

Yaponiyada leysan yağışlar nəticəsində 8 nəfər həlak olub Yaponiyada bir neçə gün davam edən güclü yağışlar nəticəsində 8 nəfər ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir.
Digər ölkələr
18 Avqust , 2021 08:45
Yaponiyada leysan yağışlar nəticəsində 8 nəfər həlak olub

Yaponiyada bir neçə gün davam edən güclü yağışlar nəticəsində 8 nəfər ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, təbii hadisə zamanı həmçinin daha 16 nəfər xəsarət alıb. Təbii hadisədən ən çox Saqu və Naqano prefekturaları da daxil olmaqla, Küsü adası ziyan çəkib. Hazırda leysan yağışlardan zərər çəkən regionlarda torpaq sürüşmələri və çay daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür.

Yaponiyada güclü yağışlar ötən həftənin sonunda və bu həftənin əvvəlində yağıb və bir neçə gün davam edib.

İngilis versiyası Downpours kill 8 in Japan

Son xəbərlər

Orphus sistemi