Yaponiyada koronavirusun “lambda” ştamının yayılma mənbəyi ilə bağlı araşdırma aparılıb

Yaponiyada koronavirusun “lambda” ştamının yayılma mənbəyi ilə bağlı araşdırma aparılıb Yaponiyada koronavirusun “lambda” ştamının yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılıb.
Digər ölkələr
17 Avqust , 2021 10:02
Yaponiyada koronavirusun “lambda” ştamının yayılma mənbəyi ilə bağlı araşdırma aparılıb

Yaponiyada koronavirusun “lambda” ştamının yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Kyodo” agentliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Tokio-2020 Olimpiya Oyunları zamanı Yaponiyaya səfər edən 30 yaşlı qadın bu ştamın daşıyıcısı olub.

İyulun 20-də koronavirus testinin nəticəsi pozitiv çıxan qadının daha əvvəl Peruda səyahətdə olduğu və “lambda” ştamına yoluxduğu bildirilib. Yaponiyanın Milli Epidemiologiya İnstitutu bunun ölkədə “lambda” ştamının ilk qeydə alınması faktı olduğunu təsdiqləyib.

Qeyd edək ki, ilk dəfə Peruda aşkarlanan “lambda” ştamı ÜST tərəfindən koronavirusun variantlarından biri kimi kateqorizasiya edilib.

Son xəbərlər

Orphus sistemi