Yaponiyada koronaviruslu xəstələr mindən çox hotelə yerləşdiriləcək

Yaponiyada koronaviruslu xəstələr mindən çox hotelə yerləşdiriləcək Yaponiya hökuməti koronavirusu yüngül keçirən xəstələr üçün ölkə daxilində mindən çox hotel və digər obyektləri icarəyə götürüb.
Digər ölkələr
15 Aprel , 2020 08:25
Yaponiyada koronaviruslu xəstələr mindən çox hotelə yerləşdiriləcək

Yaponiya hökuməti koronavirusu yüngül keçirən xəstələr üçün ölkə daxilində mindən çox hotel və digər obyektləri icarəyə götürüb. 

“Report” xəbər verir ki, bunu parlamentin aşağı palatasında dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyesi Aqaba deyib. Onun sözlərinə görə, koronavirusu daha ağır keçirən pasiyentlər üçün xəstəxanalarda yerlərin boş olması daha vacibdir.

Qeyd edək ki, paytaxt Tokioda bir həftə əvvəl yüngül infeksiya əlamətləri olan və bədən temperaturu 37,5 dərəcədən çox olmayan xəstələri xəstəxanalardan xüsusi icarəyə götürülmüş hotellərə və silahlı qüvvələrin obyektlərinə köçürməyə başlayıblar.

Paytaxt rəhbərliyi xəstələrin daşınması, hotel otaqlarında qalması və onların qidalanmasını öz üzərinə götürüb. Hotellərdə gecə-gündüz bələdiyyə işçiləri və tibb bacıları, gün ərzində isə növbətçi həkimlər olur. 

Son xəbərlər

Orphus sistemi