Yaponiyada bir gündə koronavirusdan ən yüksək ölüm qeydə alındı

Yaponiyada bir gündə koronavirusdan ən yüksək ölüm qeydə alındı Yaponiyada ötən gündən etibarən koronavirusdan ölənlər 29 nəfər artaraq 341 nəfərə çatıb.
Digər ölkələr
703
23 Aprel , 2020 20:25
Yaponiyada bir gündə koronavirusdan ən yüksək ölüm qeydə alındı

Yaponiyada ötən gündən etibarən koronavirusdan ölənlər 29 nəfər artaraq 341 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə gün ərzində koronavirusla bağlı insan ölümünün ən yüksək göstəricisi qeydə alınıb.

Həmin müddət ərzində ölkədə daha 436 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 13,1 minə çatıb.

Son xəbərlər

Orphus sistemi