Yaponiyada koronavirusa yoluxma halı artıb

Yaponiyada koronavirusa yoluxma halı artıb Yaponiyada ötən gündən COVID-19 virusuna 90 nəfər yoluxub ki, bu da son ayda ən yüksək həddir.
Digər ölkələr
24 iyun 2020 12:49
Yaponiyada koronavirusa yoluxma halı artıb

Yaponiyada ötən gündən COVID-19 virusuna 90 nəfər yoluxub ki, bu da son ayda ən yüksək həddir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək, Rifah Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, yoluxanlardan 55 nəfəri paytaxt Tokionun payına düşüb ki, bu da may ayının əvvəlindən bu yana ən yüksək göstəricidir.

İşgüzar fəaliyyət üçün hər cür məhdudiyyətlərin ləğv edildiyi paytaxtda son həftə ərzində gündəlik yoluxma səviyyəsi 30-40-dır. Bu da ayın əvvəlinə nisbətən iki dəfə çoxdur. Yoluxanların əksəriyyətinin içki və əyləncə məkanlarının müştəriləri olduğu bildirilir.

Həmçinin ötən gündən ölkədə koronavirusdan ölənlərin sayı daha 4 nəfər artaraq 982-yə çatıb. Bütövlükdə ölkədə indiyədək 18 836 nəfər virusa yoluxub.

Son xəbərlər

Orphus sistemi