Yaponiyada koronavirusa ikinci yoluxma hadisəsi qeydə alınıb

Yaponiyada koronavirusa ikinci yoluxma hadisəsi qeydə alınıb Yaponiyada daha bir nəfər “2019-nCoV” koronavirusla xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
24 Yanvar , 2020 03:07
Yaponiyada koronavirusa ikinci yoluxma hadisəsi qeydə alınıb

Yaponiyada daha bir nəfər “2019-nCoV” koronavirusla xəstəxanaya yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. 

Nazirliyin xəbərinə görə, yaxın vaxtlarda Uhandan qayıtmış Çinin 40 yaşlı vətəndaşı Tokioda yeni tipin pnevmoniyası ilə xəstəxanaya yerləşdirilib. Yaponiya üçün bu artıq yeni tip pnevmoniya xəstəliyinin ikinci hadisəsidir.

Nazirlik insanları təlaşa düşməməyə çağıraraq, üz maskalarından istifadə etməyi və əlləri sabunla yumağı görüb.

Son xəbərlər

Orphus sistemi