Yaponiyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub

Yaponiyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub Hakim koalisiya parlamentdəki 465 yerdən 310-nu əldə edir
Digər ölkələr
22 Oktyabr , 2017 21:59
Yaponiyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası və "Komeyto" Partiyasının hakim koalisiyası Parlamentin Aşağı Palatasındakı yerlərin üçdə ikisini əldə edir.

“Report” xəbər verir ki, bu barədə "Asahi" telekanalının səslərin ilkin hesablanmasından sonra yaydığı məlumatda deyilir.

Bildirilir ki, hakim koalisiya parlamentdəki 465 yerdən 310-nu əldə edir.

Son xəbərlər

Orphus sistemi