Yuxarı

​Yaponiyada istidən 5 nəfər ölüb, 430 nəfər xəstəxanaya yerləşdirilib

Ölənlər Akita və Fukuoka perfekturalarında işləyən fermerlər olub

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Yaponiyada günvurmadan 5 nəfər ölüb, 430-dan çox insan xəstəxanalara yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, istidən ölənlər Akita və Fukuoka perfekturalarında işləyən fermerlər olublar.

Ardarda iki gündür ki, ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 35 dərəcədən yuxarını göstərir.

Ötən il Yaponiyada istidən 100-dən çox insan həyatını itirib, daha 53 min nəfər isə xəstəxanalara yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi