Yaponiyada isti hava hökm sürür

Yaponiyada isti hava hökm sürür Şizuoka prefekturası (əyaləti) Hamamatsu şəhərində ölkə üçün rekord olan 41,1 dərəcə isti qeydə alınıb.
Digər ölkələr
289
17 Avqust , 2020 12:46
Yaponiyada isti hava hökm sürür

Yaponiyanın Şizuoka prefekturası (əyaləti) Hamamatsu şəhərində ölkə üçün rekord olan 41,1 dərəcə isti qeydə alınıb.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, eyni hərarət 2018-ci il iyulun 23-də Saytama prefekturasının Kumaqaya şəhərində də ölçülmüşdü.

Qeyd edək ki, bu ilin avqust ayı Yaponiyada isti hava şəraiti ilə əlamətdar oldu. Məsələn, paytaxt Tokioda hava hərarəti 35 dərəcədir. İsti havaların qarşıdakı günlərdə də davam edəcəyi bildirilir. Hökumət vətəndaşları istivurmasından qorunmağa çağırıb.

Ötən il Yaponiyada istivurmasından 70 mindən çox sakin xəstəxanalara yerləşdirilmiş, onlardan 126 nəfər ölmüşdü.

Son xəbərlər

Orphus sistemi