Yaponiyada hava limanında qəza baş verib, pilot xəstəxanaya yerləşdirilib

Yaponiyada hava limanında qəza baş verib, pilot xəstəxanaya yerləşdirilib Bütün reyslər təxirə salınıb
Digər ölkələr
6 Avqust , 2016 13:14
Yaponiyada hava limanında qəza baş verib, pilot xəstəxanaya yerləşdirilib

Bakı. 6 avqust. REPORT.AZ/ Yaponiyanın cənub-qərbindəki Kumamoto hava limanında yüngül motorlu təyyarənin enişi zamanı qəza baş verib, bütün reyslər təxirə salınıb. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 

Belə ki, eniş zamanı təyyarənin şassisi qırılıb. Pilot yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisədən sonra eniş zolağı bağlanılıb. Nəticədə hava limanından bütün reyslər təxirə salınıb. 

Hadisənin səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi